AZ

"WhatsApp"ın sevimli özəlliyi LƏĞV OLUNUR

Dünyanın ən çox istifadə edilən mesajlaşma tətbiqlərindən olan "WhatsApp" istifadəçilərin profillərində rəqəmsal personajlar yaratmasına imkan verən avatar funksiyasını mərhələli şəkildə ləğv etmək qərarına gəlib.

Bizim.Media xəbər verir ki, bir müddət əvvəl istifadəyə verilən bu funksiya vasitəsilə istifadəçilər üz forması, saç düzümü və geyim kimi detalları seçərək özlərinə məxsus avatarlar tərtib edə və onlardan profil şəkli kimi istifadə edə bilirdilər.

Lakin edilən yeniliklərə və yeni stiker seçimlərinə baxmayaraq, bu funksiyanın gözlənilən marağı görmədiyi məlum olub.

Bu səbəbdən "WhatsApp" istifadə göstəricilərinin aşağı olmasını əsas gətirərək, avatar yaratma və redaktə etmə alətlərini bütün platformalardan tədricən yığışdırır.

Artıq istifadəçilər nə profil tənzimləmələrində, nə də klaviatura bölməsində bu seçimlərə rast gəlməyəcəklər.

Digər tərəfdən, daha əvvəl göndərilmiş avatar stikerləri tamamilə silinməyəcək və söhbət tarixçəsində görünməyə davam edəcək. (Ölkə.az)

Bizim.Media

Seçilən
11
2
bizim.media

3Mənbələr