AZ

AAYDA-nın üç qurumu ləğv olundu

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 1, 2 və 3 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması Məhdud Məsuliyyətli cəmiyyətləri ləğv olunduqlarını elan ediblər. Pravda.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini MMC-lərin hüquqi ünvanlarına təqdim edə bilərlər.

 

Qeyd edək ki, 1 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-nin direktoru Əli Hüseyn oğlu Hünbətov, 2 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-nin direktoru Səxavət Həsən oğlu Aslanov, 3 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-nin direktoru isə Ustubat Heydər oğlu Niftəliyevdir.

 

Xatırladaq ki, daha əvvəl "1 №-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası" MMC ləğv olunduğunu elan edib.

Tarix: 5 May 2026, 16:07   
Seçilən
1
17
pravda.az

10Mənbələr