AZ

Azərbaycanın su ehtiyatları: vəziyyət, biotəhlükəsizlik və həll yolları

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 5 may, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsində “Azərbaycanın su ehtiyatları: müasir vəziyyət, biotəhlükəsizlik problemləri və onların həll yolları” mövzusunda elmi seminar keçirilib.

Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib.

Fakültə dekanı dosent Reyhan Ağayeva açaraq seminarın aktuallığını vurğulayıb və mövzunun həm elmi, həm də praktiki baxımdan əhəmiyyətini diqqətə çatdırıb. Dekan müavini dosent Bəsti Əsədova seminarın məqsəd və vəzifələri haqqında məlumat verib, bu kimi elmi tədbirlərin tələbə və müəllim heyətinin bilik və təcrübəsinin artırılmasında mühüm rol oynadığını qeyd edib.

Seminarda AMEA-nın müxbir üzvü, professor Pənah Muradov mövzu üzrə aparılan elmi tədqiqatlar, mövcud problemlər, su ehtiyatlarının qorunması istiqamətində görülən işlər və biotəhlükəsizlik məsələləri barədə ətraflı məlumat verib.

Tədbirin sonunda iştirakçılar tərəfindən mövzu ilə bağlı suallar ünvanlanıb, su ehtiyatlarının idarə olunması, ekoloji təhlükəsizlik və davamlı inkişaf məsələləri ətrafında geniş və maraqlı müzakirələr aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
azertag.az

1Mənbələr