AZ

İranda şübhəli partlayışlar olub?

Bu gün sosial mediada Qeşm adası və Bəndər Abbas şəhərindən “partlayış səsləri” eşidildiyi barədə vətəndaşların paylaşdığı çoxsaylı mesajlar yayılıb.

Paylaşımlarda bildirilir ki, partlayış səsləri bu gün səhər saat 04:00 radələrində qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bəzi şahidlər səslərin “müharibə bombaları kimi” olduğunu qeyd edir.

Yayılan məlumatlardan birində deyilir: “Bəndər Abbasda səhər saat 04:18-də müharibə bombaları kimi iki partlayış oldu və pəncərələr titrəyirdi”.

Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik açıqlama verilməyib. (Iran Global)

Bizim.Media

Seçilən
35
29
bizim.media

10Mənbələr