AZ

“Google” Rusiyada milyonlarla rubl cərimələnib

Ayna saytından alınan məlumata görə, ain.az bildirir.

Moskva məhkəməsi qadağan olunmuş məzmuna görə şirkəti 15,2 milyon rubl cərimələyib

Moskvanın Taqanski Rayon Məhkəməsi qadağan olunmuş məzmunu silməkdən imtina etdiyinə görə “Google” şirkətini cərimələyib. AYNA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki,

Şirkət İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 2-ci hissəsini ("Rusiya Federasiyası qanunvericiliyinə uyğun olaraq məhdudlaşdırılan məlumata və ya informasiya resurslarına çıxışın məhdudlaşdırılması prosedurunun pozulması") pozmaqda təqsirli bilinib.

“Google” 15,2 milyon rubl məbləğində cərimələnib.

Şirkətin çıxarmaqdan imtina etdiyi materialların nələr olduğu açıqlanmayıb.

Qeyd olunub ki, “Google” Rusiya qanunlarını pozduğuna görə dəfələrlə cərimələnib. Aprelin sonlarında şirkət qadağan olunmuş məzmunu silmədiyinə görə 19 milyon rubl cərimə ödəməli olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
ayna.az

1Mənbələr