“Bolt” şirkətinin mobil tətbiqi üzərində işğaldan azad edilmiş ərazilərdəki küçə və yer adları hələ də erməni adları kimi göstərilir. Bu hal ötən ildən davam etsə də, sözügedən şirkət propblemi həll etməkdə maraqlı görünmür.
“Bolt” şitkərinin Nigar adlı əməkdaşı problemin onlardan qaynaqlanmadığını bildirib. Əməkdaş bildirib ki, bununla bağlı aidiyyəti qurumlara məlumat verilib və problem həll edildikdən sonra “Bolt”un tətbiqində də Qarabağdakı yer adları erməni adları kimi deyil, həqiqi adı kimi göstəriləcək.
Xatırladaq ki, bu, “Bolt” tətbiqində ilk belə hal deyil. Ötən il də tətbiqdə Şuşadakı küçə adları erməni adları kimi göstərilirdi.
Dəfələrlə problem gündəmə gəlsə də, “Bolt” tətbiqindəki bu anlaşılmazlığı aradan qaldırmağa tələsmir.
Qarşı tərəfi dinləməyə hazırıq.