Bakı, 5 may, AZƏRTAC
Əfqanıstanın şərqində yerləşən Kunar əyalətində toy mərasimi zamanı evin damının uçması nəticəsində 34 nəfər xəsarət alıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, ilkin tibbi yardım göstərildikdən sonra yaralılar əyalətin paytaxtı Əsədabad şəhərindəki xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.