BAKI, 5 may. TELEQRAF
"Özümü evdəki kimi hiss edirəm".
Teleqraf xəbər verir ki, bunu Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç bu gün İrəvanda jurnalistlərlə açıqlamasında deyib.
Sərhədlərin açılması ilə bağlı suala türk rəsmisi açılış tarixləri barədə heç bir məlumata malik olmadığını, lakin müzakirələrin hələ də davam etdiyini bildirib: "Açılışa hazırlaşırıq, infrastruktur hazırdır, amma həm texniki, həm də bürokratik olaraq hələ də həll edilməli olan bəzi məsələlər var".
Bir jurnalistin Türkiyənin sərhədi açmaq üçün siyasi iradəsinin olub-olmadığı sualına Kılıç əminliklə bildirib ki, Türkiyənin bu iradəsi 2022-ci ildən bəri mövcuddur.