AZ

Kasıb ailənin uşağı da zirvədə ola bilir - ARTİ

“İmkanlı ailələrin uşaqları ilə imkanı aşağı olan ailələrin uşaqlarının nəticələri nə qədər fərqlənir? Müsbət xəbər ondan ibarətdir ki, bizdə bu fərq var, amma çox böyük deyil”.

Redaktor.az xəbər verir ki, bunu “Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatı”nın (IELS 2025) nəticələrinə dair məlumatlandırma sessiyasında elm və təhsil nazirinin müşaviri, ARTİ-nin direktoru səlahiyyətlərini icra edən Elnur Əliyev bildirdi.

Onun sözlərinə görə, 4,3 ilə 5,3 arasında dəyişir:

“Yəni bizim aşağı sosial-iqtisadi bazadan gələn uşaqların nəticələri belə ortalamadan çox da aralı deyil. Yəni onların ailə statusu, ailə vəziyyəti, iqtisadi olaraq bu vəziyyət çox ciddi təsir etmir. Məsələn, siz bu xətkeş hesab eləsəniz uzunluğu, fikir versəniz, məsələn, Belçikada nə uzunluqdadır. İngiltərədə müvafiq fərq kifayət qədər böyükdür. Bizdəki fərq 5,8-dir, var bu fərq, amma çox böyük deyil, ortalamadan aşağıdır. Yalnız Braziliya və Koreyadan geri qalmışıq.

Daha yaxşı xəbər budur ki, bizim sosial-iqtisadi göstəricisi olan uşaqların 22 faizi ölkənin top onluğuna düşüb. Ən yaxşı 10 faiz nəticə göstərən, yəni hər beş sosial-iqtisadi zəif qrupdan olan hər beş uşaqdan biri yüksək nəticə göstərən uşaqların arasındadır. Bu da sevindirici haldır ki, bu faktor bizdə çox böyük təsir etmir uşaqların inkişafına bu yaşda. Ümumiyyətlə tədqiqat, bayaq qeyd olunan sahələr üzrə səkkiz ölkə iştirak edib”.

NURİYYƏ

Seçilən
15
1
redaktor.az

2Mənbələr