BAKI, 5 may. TELEQRAF
IELS 2025 beynəlxalq qiymətləndirmə tədqiqatının əsas mərhələsində Bakı və Sumqayıt şəhərlərindən 2731 5 yaşlı uşaq iştirak edib.
Teleqraf xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri, ARTİ-nin direktoru səlahiyyətlərini icra edən Elnur Əliyev deyib.
O qeyd edib ki, sorğu mərhələsinə isə 2689 valideyn və 817 təhsilverən cəlb olunub.
“IELS 2025 beynəlxalq qiymətləndirmə tədqiqatının imtahan mərhələsində 1311 nəfər qız (47,9%), 1420 nəfər oğlan (52,1%) iştirak edib".