AZ

Əhaliyə XƏBƏRDARLIQ - Bu tarixlərdə diqqətli olun, çox güclü olacaq

May ayında Günəşdə baş verən fəallığın artacağı proqnozlaşdırılır. M

Ekologiya.az xəbər verir ki, mütəxəssislərin məlumatına görə, bu dövrdə Günəş səthində güclü partlayışlar və onların Yerə təsiri nəticəsində maqnit qasırğaları müşahidə oluna bilər.

Ay ərzində bir neçə tarixdə Günəş alovlanmaları daha intensiv olacaq. Bu hadisələr nəticəsində kosmosa yayılan yüklü hissəciklər Yerə çatdıqda geomaqnit aktivliyi artır və bu da rabitə sistemlərinə, GPS siqnallarına və bəzi texnoloji avadanlıqlara təsir göstərə bilər.

Proqnozlara əsasən, xüsusilə ayın ortaları və sonlarına doğru maqnit qasırğalarının güclənməsi ehtimalı yüksəkdir. Bu cür hadisələr həssas insanlarda baş ağrısı, yorğunluq və yuxu pozuntuları kimi təsirlər yarada bilər.

Mütəxəssislər tövsiyə edir ki, bu günlərdə texniki sistemlərdə mümkün nasazlıqlara qarşı ehtiyatlı olmaq, eləcə də sağlamlıq baxımından daha diqqətli davranmaq faydalıdır.

Qeyd edək ki, Günəşdə baş verən partlayışlar kosmik hava hadisələrinin əsas səbəblərindən biridir və onların təsiri Yerə bir neçə gün ərzində çata bilir. May ayı isə bu baxımdan daha aktiv dövr kimi qiymətləndirilir

Seçilən
4
2
ekologiya.az

3Mənbələr