AZ

Bakıda və Sumqayıtda 208 təhsil müəssisəsi IELS 2025 tədqiqatına cəlb olunub

Bakı və Sumqayıt şəhərlərindən ümumilikdə 208 təhsil müəssisəsi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən həyata keçirilən Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatında (IELS 2025) iştirak edib.

Bu barədə Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev ekspertlər və media nümayəndələri üçün keçirilən məlumatlandırma sessiyasında bildirib.

Onun sözlərinə görə, tədqiqatda Bakını 138 ümumi təhsil və 48 məktəbəqədər təhsil müəssisəsi, Sumqayıtı isə 15 ümumtəhsil və 7 məktəbəqədər təhsil müəssisəsi təmsil edib.

Əsas mərhələdə Bakı və Sumqayıtdan 2731 nəfər 5 yaşlı uşaq iştirak edib. Sorğu mərhələsinə 2689 valideyn və 817 təhsilverən cəlb olunub.

Prosesdə 6 özəl təhsil müəssisəsi iştirak edib.

İmtahan mərhələsində iştirak edənlərdən 1311-i qız (47,9%), 1420-si isə oğlan (52,1%) olub.
IELS 2025 tədqiqatı Azərbaycanla yanaşı Braziliyanın Seara, Para və San-Paulu ştatları, Birləşmiş Krallıq, Belçika (Flamand İcması), Cənubi Koreya, Malta, Niderland və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkə və regionları da əhatə edir.

Gülnar Nazimqızı 

Seçilən
2
2
anews.az

5Mənbələr