ain.az bildirir, Azertag portalına istinadən.
Bakı, 5 may, AZƏRTAC
Azərbaycan bazarı aqrar-sənaye kompleksində qabaqcıl texnologiyaların tətbiqi üçün böyük potensiala malikdir.
Bu barədə Çinin “Famsun” sənaye holdinqinin nümayəndəsi Yevgeni Potibenko “Caspian Agro Week” - 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu çərçivəsində AZƏRTAC-a açıqlamasında bildirib.
Şirkətin məhsullarını ilk dəfə olaraq Azərbaycanda təqdim etdiyini qeyd edən Yevgeni Potibenko yerli bazara çıxmağın strateji əhəmiyyətini vurğulayıb. O qeyd edib: “Biz qonşu regionlarda – Mərkəzi Asiya, Ermənistan və Gürcüstanda çox fəalıq, lakin Azərbaycana ilk gəlişimizdir. Burada kənd təsərrüfatının sürətli inkişaf tempini gördük və çox səmərəli əməkdaşlığa ümid edirik”.
Şirkət nümayəndəsi qeyd edib ki, təmsil etdiyi holdinq yüksəktexnologiyalı layihələrin həyata keçirilməsində maraqlıdır: “Şirkətimiz Çində kənd təsərrüfatı texnikası istehsal edən ən böyük holdinqdir. Azərbaycanın potensialını və burada kənd təsərrüfatının sürətli inkişaf tempini görürük. Bizim üçün bir çox maraq doğuran sahə, o cümlədən yem fabriklərinin, quşçuluq fermalarının, elevator komplekslərinin və yağ zavodlarının tikintisi mövcuddur, burada Azərbaycan şirkətləri ilə çox yaxşı əlaqələr qura və qarşılıqlı faydalı əməkdaşlıq edə bilərik”.
Yevgeni Potibenko əlavə edib ki, holdinq “Caspian Agro” sərgisində iştirakını yerli bazarın aparıcı şirkətləri ilə birbaşa əlaqələrin qurulması istiqamətində mühüm addım kimi qiymətləndirir.
“Bu sərgidə Azərbaycanın qabaqcıl şirkətləri ilə görüşməyi və gələcəkdə irimiqyaslı layihələrə gətirib çıxara biləcək yaxşı əlaqələr qurmağı planlaşdırırıq”, -deyə Çin holdinqinin nümayəndəsi sözlərini yekunlaşdırıb.
Müxbir – Nailə Həsənova
Foto – İlkin Cavanşirov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.