AZ

"Şəfa"nın baş məşqçisi "bostanlıq"dakı taleyüklü matçdan nə gözləyir? - AÇIQLAMA

1-ci Liqanın 25-ci turunda lider "Şəfa" çempionluğu rəsmiləşdirə bilər. Bakı təmsilçisi sabah bərbad ot örtüyü ilə tanınan Buzovna qəsəbə stadionunda autsayder "Difai"ni yenəcəyi təqdirdə, istəyinə çempionatın bitiminə iki tur qalmış çatacaq. Hazırda ən yaxın izləyicisi "Səbail"i 7 xal qabaqlayan "Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb qarşıdakı oyun barədə fikirlərini soruşduq.

34 yaşlı mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:

"Difai" ilə oyunda əzmkarlıq ön plana çıxacaq. O cür bərbad ot örtüyü olan stadionda futbolçular həm taktiki, həm də texniki baxımdan çox əziyyət cəkəcəklər. Komanda olaraq bunun fərqindəyik. Eyni zamanda rəqibə də sonuncu pillədən qurtulmaq ücün xal lazımdır. Qələbə qazansaq, çempionluğu rəsmiləşdirəcəyik, buna görə də maksimum səy gostərməliyik. Çalışacağıq ki, çempionluğu erkən rəsmiləşdirək".

Toğrul

Seçilən
24
fanat.az

1Mənbələr