Müəllif:Mehin Qasımova,Banco.az
İranın paytaxtı Tehranda yeni kamikadze dronu olan "Arash 3" təqdim edilib.
Banco.az xəbər verir ki, dronun 2000 kilometr uçuş məsafəsi var və bu da nəzəri olaraq ucqar ərazilərə çatmaq qabiliyyətini nümayiş etdirir.
Onun adı fars mifologiyasında əfsanəvi oxatan Arasın adı ilə əlaqələndirilir. Texniki məlumatlara görə, pilotsuz uçuş aparatının sürəti saatda təxminən 600 kilometrdir. O, həmçinin təxminən 150 kiloqram ağırlığında döyüş başlığı ilə təchiz olunub. Bildirilir ki, PUA peyk naviqasiyası və daxili idarəetmə sistemi vasitəsilə işləyir. Bu, ona GPS siqnalı olmadan belə hədəfə çatmağa imkan verir.