AZ

“Edamlar və kütləvi həbslər artıb” İranda insan haqları hesabatı

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran İnsan Haqları Təşkilatının (HENGAW) məlumatına görə, aprel ayında İranın müxtəlif zindanlarında ümumilikdə 26 məhbus dar ağacından asılıb.

Hesabatda qeyd olunur ki, edam edilən 26 məhbusdan yalnız 15-i rəsmi İran mənbələrində və məhkəmə sistemi ilə əlaqəli saytlarda açıqlanıb. Digər hallarda edamların ictimaiyyətə elan edilmədiyi bildirilir.

Bildirilib ki, 14 məhbusun edamı ailələrinə xəbər verilmədən və son görüş hüququ təmin olunmadan həyata keçirilib. Edam edilənlər arasında bir qadının da olduğu qeyd olunub.

Eyni dövr ərzində ümumilikdə 1595 nəfərin həbs edildiyi bildirilir. Onlardan 1587 nəfərin siyasi fəaliyyət və etiraz aksiyalarında iştirak səbəbilə saxlanıldığı açıqlanıb.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
azpolitika.info

1Mənbələr