AZ

Azərbaycanda yol müfəttişləri vaxtilə bu motosikletlərlə xidmət aparıblar

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Azərbaycanda Dövlət Yol Polisinin (DYP) balansında müxtəlif markalardan avtomobillər mövcuddur. Avtomobillə yanaşı Motosikletlər də istifadə edilir. Lakin motosikletlər başlıca olaraq Bakıda xidmət üçün nəzərdə tutulub. 

Avtosfer.az xəbər verir ki, sovet dövründə motosikletlə xidmət daha geniş yayılmışdı. Bunu o dövrün filmlərində də görmək mümkündür. “Yol əhvalatı” və “Sən niyə susursan?” filmlərində QAİ-nin (Azərbaycan dilində DAM, indiki DYP-nin sovet analoqu) motosikletlə xidmətinə dair səhnələr çoxdur. 

Bu foto 70-ci illərdə Naxçıvanda çəkilib. Fotoda QAİ əməkdaşının “Ural  İMZ 8.103” model motosikletlə xidmət apardığı görünür. 

Müharibədən sonra 70-ci illərin sonunadək milis əməkdaşları hava şəraitindənn asılı olmayaraq əsasən üçtəkərli motosikletlərlə xidmət aparırdılar. Bunlardan ən geniş yayılmışı da məhz “Ural” idi. 80-ci illərin əvvəllərindən DAM əməkdaşları tədricən avtomobillə xidmətə keçdilər. Lakin, motosikletlə xidmət sıradan çıxmadı.

Foto feysbuk sosial şəbəkəsindəki “Naxçıvanlılar” səhifəsindən götürülüb.

Vüqar Yaşaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
avtosfer.az

1Mənbələr