AZ

16 minə də satılır, 32 minə də Hansı real qiymətdir?

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

BMW F10 almağı düşünənlər üçün vacib məqamlar açıqlanıb.Demokrat.az xəbər verir ki, tanınmış avtomobil eksperti Bəhruz Güləli bu modelin həm üstünlüklərini, həm də diqqət yetirilməli olan tərəflərini qeyd edib. O bildirib ki, yaxşı F10-un qiyməti 30 min manatdan ucuz deyil. Dizaynı 16 il əvvəl hazırlansa da, bu gün də öz aktuallığını qoruyur və müasir avtomobillərlə tam ayaqlaşır. Ekspertin sözlərinə görə, bu modelin ciddi xroniki problemləri yoxdur."Ən dözümlü benzin mühərriki N20, ən dözümlü dizel mühərriki isə B47 kodları ilədir. Periodik qulluqlarını etsəniz, yəni sep başmağını vaxtında dəyişsəniz və soyutma sisteminə nəzarət etsəniz, mühərriklə bağlı heç bir problem yaşamayacaqsınız. M5-dən başqa bütün F10-larda sürətlər qutusu ZF 8HP gəlir ki, bu da kifayət qədər dözümlüdür. Əgər siz daha sürətli və performanslı model istəyirsinizsə, N55 B30 mühərrikli, yəni üç "Twin Turbo" modelinə üz tuta bilərsiniz. N20B16 və N47 mühərriklərini isə sizə tövsiyə etmirəm" - deyə B.Güləli vurğulayıb.Ekspert sonda qeyd edib ki, F10 almağa mütləq dəyər, lakin bu avtomobilləri Tayvan detalları ilə "M" paketinə yığmaq məsləhət deyil. BMW F10 elə zavod (stok) vəziyyətində də çox gözəldir.Yəni, BMW F10 modeli hələ də dəbdədir və vaxtında qulluq olunarsa, mühərriki uzun müddət xidmət edir. Alarkən mühərrik koduna və sürətlər qutusuna diqqət yetirmək məqsədəuyğundur.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
demokrat.az

1Mənbələr