AZ

Azərbaycanlı ekspertlər İrəvana gediblər

Azərbaycanlı ekspertlər Ermənistana səfər edərək “İrəvan Dialoqu – 2026” beynəlxalq konfransında iştirak edəcəklər.

Konfransın gündəliyinə əsasən, tədbirdə “Sülh Körpüsü” təşəbbüsünün iştirakçıları olan Azərbaycan politoloqları — Fərhad Məmmədov, Rusif Hüseynov və Zaur Şiriyev təmsil olunacaqlar.

Tədbir regional təhlükəsizlik, post-münaqişə əməkdaşlığı və Cənubi Qafqazda davamlı sülh perspektivlərinin müzakirəsinə həsr olunub.

“İrəvan Dialoqu” platforması müxtəlif ölkələrdən siyasətçiləri, ekspertləri və analitikləri bir araya gətirərək regional dialoqun genişləndirilməsini hədəfləyir.

Gülnar Nazimqızı

Seçilən
15
12
anews.az

10Mənbələr