AZ

ABŞ HƏRƏKƏTƏ KEÇDİ: İran bu tarixdə nüvə silahı əldə edə bilər

ABŞ-ın İrana qarşı hərbi əməliyyatları nüvə proqramına ciddi təsir göstərməyib.

KONKRET.az xəbər verir ki, “Reuters” agentliyinin ABŞ kəşfiyyat mənbələrinə istinadən yaydığı məlumata görə, ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar İslam Respublikasının nüvə proqramına əhəmiyyətli dərəcədə təsir göstərməyib.

ABŞ kəşfiyyatı hazırda İrana nüvə silahı hazırlamaq üçün təxminən 9–12 ay vaxt lazım olduğunu hesab edir. Bu göstərici ötən illə müqayisədə demək olar ki, dəyişməyib.
2025-ci ilin iyununda baş vermiş 12 günlük münaqişədən əvvəl ABŞ kəşfiyyatı İranın nüvə silahı üçün kifayət qədər silah dərəcəli uran istehsal etməsinin 3–6 ay çəkəcəyini düşünürdü. Lakin Nətənz, Fordo və İsfahan obyektlərinə endirilən zərbələrdən sonra bu müddət 9 ay–1 ilə qədər uzadılıb.

Mənbələrin bildirdiyinə görə, İranın təxminən 440 kiloqram 60%-ə qədər zənginləşdirilmiş uran ehtiyatına malik olduğu güman edilir. Bu materialın hazırkı yerləşmə yeri məlum deyil. Beynəlxalq Atom Enerjisi Agentliyinin hesablamalarına əsasən, bu miqdar daha da zənginləşdirilərsə, təxminən 10 nüvə başlığı üçün material əldə etmək mümkündür.

“Reuters” yazır ki, İranın yüksək zənginləşdirilmiş uran ehtiyatı əsas narahatlıq mənbəyi olaraq qalır və onun böyük hissəsi nəzarətdən kənarda hesab edilir.

Ağ Ev isə əməliyyatların İranın nüvə obyektlərinə ciddi zərbə vurduğunu və proqramın qarşısının alınması məqsədini güddüyünü bildirir. ABŞ kəşfiyyatının bəzi keçmiş rəsmiləri isə İranın əsas nüvə materiallarını hələ də gizli və dərin yeraltı anbarlarda saxladığını istisna etmirlər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
15
1
konkret.az

2Mənbələr