AZ

Paşinyan Aİ ni hibrid təhdidlərlə mübarizədə Ermənistana kömək etməyə ÇAĞIRDI

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan hibrid təhdidlərə qarşı mübarizədə Avropa İttifaqının dəstəyinə güvəndiyini bildirib.

Redaktor.az xəbər verir ki, o bu açıqlamanı İrəvanda keçirilən ilk Ermənistan–Aİ sammitində çıxışı zamanı verib.

Paşinyanın sözlərinə görə, Ermənistan siyasi iradə hesabına bir sıra islahatları həyata keçirib, lakin daha ciddi irəliləyiş üçün əlavə institusional, qanunvericilik və ekspert dəstəyinə ehtiyac var.

O qeyd edib ki, bu baxımdan Aİ ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır və Ermənistan Avropa tərəfdaşlarının müxtəlif sahələrdə, o cümlədən məhkəmə sisteminin müstəqilliyi və hibrid təhlükələrlə mübarizə istiqamətində verdiyi dəstəyi yüksək qiymətləndirir.

Baş nazir əlavə edib ki, bu cür çətinliklər təkcə Ermənistanın deyil, bir çox Avropa ölkələrinin də gündəmindədir və sosial şəbəkələrdə yalan məlumatlar və nifrət nitqi problemi geniş yayılıb.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
1
redaktor.az

2Mənbələr