AZ

Qəbiristanlıqda tapılan uşağın valideynləri ilə bağlı tədbirlər görülür KOMİTƏ

ain.az bildirir, Modern.az saytına əsaslanaraq.

Abşeron rayonunun Goradil qəsəbəsinin qəbiristanlığında azyaşlı uşağın tərk edilmiş vəziyyətdə tapıldığı bildirilir. Təxminən 2 yaşı olan uşaq qəbiristanlıq ərazisində, "Fatimeyi Zəhra" məscidinin yaxınlığında yatmış vəziyyətdə aşkarlanıb. 

Məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, uşağın valideynlərinin kimliyi artıq müəyyən edilib.

"Hazırda məsələ aidiyyəti dövlət qurumları ilə birgə araşdırılır və bütün zəruri tədbirlər görülür".

Bildiirlib ki, araşdırmanın nəticəsindən asılı olaraq valideynin davranışına hüquqi qiymət veriləcək və zərurət yaranarsa, valideynlik hüquqlarının məhdudlaşdırılması istiqamətində müvafiq addımlar atılacaq.

Eyni zamanda, uşağın sağlamlıq vəziyyəti diqqətdə saxlanılır, o, tibbi müayinələrdən keçiriləcək və bundan sonrakı mərhələdə aidiyyəti qurumlarla birlikdə onun təhlükəsizliyi və rifahı üçün kompleks tədbirlər davam etdiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
1
modern.az

2Mənbələr