Milli Kitabxanada həssas əhali qruplarından olan şəxslərin hüquq və azadlıqlarının qorumasının təbliği məqsədilə “5 may - Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kulis.az xəbər verir ki, sərgilərdə həssas əhali qruplarından olan şəxslərə dövlət qayğısı, əlillərin hüquqları haqqında dövlət siyasəti, cəmiyyətə inteqrasiyası, onların hüquqlarının müdafiəsi sahəsində görülən tədbirlər, əlillərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normaları yer alır.
Həmçinin əlillərin sosial müdafiəsinin hüquqi tənzimi, əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, dövri mətbuat məqalələri, fotolar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/5_may_Elillerin_Huquqlarinin_Beynelxalq_Mudafiesi_Gunu/index.html linkindən istifadə edə bilərlər.