AZ

Energetika naziri Neftçalada vətəndaşlarla görüşəcək

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 5 may, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov mayın 22-də Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Hacıqabul rayonlarından və Şirvan şəhərindən olan vətəndaşlarla görüşəcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş saat 11:00-dan başlayaraq Neftçala rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ4700, Neftçala şəhəri, Heydər Əliyev pr.34) keçiriləcək.

Görüşə gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1146, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialı (əlaqələndirici şəxs: Ceyhun Rzayev, əlaqə telefonu: (050) 225-34-86, elektron poçt ünvanı: [email protected]) və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Lənkəran filialı (əlaqələndirici şəxs: Xəyyam Aydınov, əlaqə telefonu: (050) 305-51-67, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də görüş üçün müraciət etmək mümkündür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
2
azertag.az

10Mənbələr