AZ

Qazaxıstandakı zavodda güclü yanğın baş verib

Qazaxıstanın Ust-Kamenoqorsk şəhərindəki “Kazzinc MMC” qurğuşun əritmə zavodunda baş verən yanğının söndürülməsinə təxminən 80 nəfərlik şəxsi heyət və 18 ədəd texnika cəlb edilib.

Herbiand.az Qazaxıstan Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, elektroliz sexinin əritmə hissəsində tozyatırıcı qurğu partlayıb və ardınca yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri təqribən 120 kvadratmetr sahəni əhatə edən yanğını tamamilə söndürüb, sexin konstruksiyalarının çökməsi isə 220 kvadratmetr sahəni əhatə edib.

Kinoloqlar dəstəsi, Fəlakətlər üzrə Tibb Mərkəzinin personalı, komanda-qərargah maşınları və Fövqəladə Hallar Nazirliyinin pilotsuz uçuş aparatı da yanğına müdaxiləyə cəlb olunub. Hadisə yerinə təcili yardım qrupu da göndərilib və hazırda dağıntılar təmizlənir.

Bundan əvvəl yayılan məlumatlarda yanğında iki nəfərin öldüyü bildirilirdi.

Texnogen qəza nəticəsində yeddi nəfər xəsarət alıb, onlardan üçü tibbi yardım aldıqdan sonra evə buraxılıb.

Seçilən
5
2
herbiand.az

3Mənbələr