Rusiya Prezidenti Vladimir Putinin G20 sammiti üçün Mayamiyə mümkün səfəri Qərb üçün böyük bir məğlubiyyət olacaq.
AzNews.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə"nin məlumatında deyilir.
"Rusiyanın bu məkana qayıtması xüsusi anlam kəsb edəcək. Birincisi, Rusiyanın qismən iştirakı belə Qərbin "siyasi təcrid" anlayışını sarsıdır. Moskvanın iştirakı, xüsusən də Vladimir Putin şəxsən iştirak edərsə, Rusiyanın əsas beynəlxalq strukturlardan kənarlaşdırılmaması deməkdir", - deyə məqalədə bildirilib.