AZ

“Avropanın Türkiyəyə ehtiyacı Türkiyənin Avropaya ehtiyacından daha çoxdur” - Ərdoğan

"Hazırkı dövrdə Avropanın Türkiyəyə olan ehtiyacı, Türkiyənin Avropaya ehtiyacından daha çoxdur".

Day.Az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan Avropa İttifaqını Ankaranın "konstruktiv mövqeyini" zəiflədə biləcək addım və ritorikadan çəkinməyə çağırıb.

Onun sözlərinə görə, Türkiyə artıq əvvəlki dövrün ölkəsi deyil və dünya Qərbin təsir dairəsi ilə məhdudlaşmır.

Prezident həmçinin qeyd edib ki, Türkiyə tamhüquqlu üzv olmadan Avropa qlobal güc mərkəzi ola bilməz.

O, Brüsselin Ankara ilə bağlı mövqeyini "uzaqgörənlikdən uzaq" adlandırıb və bu qarşılıqlı asılılığın gələcəkdə daha da artacağını vurğulayıb.

Seçilən
18
day.az

1Mənbələr