ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 5 may, AZƏRTAC
Kolumbiyanın mərkəzindəki Kundinamarka departamentinin ərazisində yerləşən kömür mədənində qaz yığılması nəticəsində partlayış baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Kolumbiyanın Milli Mədən Agentliyi məlumat yayıb. Məlumata görə, bədbəxt hadisə La Siscuda mədənində qeydə alınıb. Hadisə nəticəsində doqquz mədənçi həlak olub, altı nəfər isə yaralanıb.
Agentlik bildirib ki, aprelin 9-da aparılan yoxlama zamanı ərazidə qaz yığılması aşkar edilmişdi. Mədən sahiblərinə ventilyasiyanı yaxşılaşdırmaq və tozlanmaya nəzarət etmək barədə tövsiyələr verilmişdi.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.