AZ

Qlobal neft ehtiyatları 8 ilin ən aşağı səviyyəsindədir. Dünyanın tələbatını 101 gün qarşılaya biləcək ehtiyat qalıb

Marja.az saytından alınan məlumata görə, ain.az bildirir.

Qlobal neft ehtiyatları son səkkiz ilin ən aşağı səviyyələrinə yaxınlaşarkən, qlobal investisiya bankı "Goldman Sachs"diqqətçəkən bir xəbərdarlıq edib.

Marja xəbər verir ki, bank xüsusilə Hörmüz boğazı vasitəsilə neft axınının məhdud qalmasının ehtiyatlardakı sürətli azalmanı daha da kritik vəziyyətə gətirdiyini bildirib.

Neft qiymətləri isə həftənin ilk ticarət günündə təxminən 6% artıb. İranın Hömüz Boğazında bəzi gəmiləri hədəfə alması və Birləşmiş Ərəb Əmirliklərində bir neft limanını yandırması bölgədə gərginliyi artırıb.

Donald Trampın dəniz daşımalarını təhlükəsizləşdirmək məqsədilə ABŞ Donanmasını işə salmaq təşəbbüsü, dörd həftə əvvəl elan edilən atəşkəsdən bəri ən böyük gərginliyə səbəb olub.

"Goldman Sachs"ın məlumatlarına görə, qlobal neft ehtiyatları hazırda dünya tələbatının 101 gününü qarşılaya biləcək səviyyədədir. Lakin bu rəqəmin may ayının sonuna qədər 98 günə qədər enə biləcəyi proqnozlaşdırılır.

Bank ümumi ehtiyatların qısa müddətdə minimum əməliyyat səviyyələrinə düşməsinin gözlənilmədiyini bildirsə də, ehtiyatlardakı sürətli azalma və bəzi bölgələrdə baş verən tədarük itkilərinin narahatlıq doğurduğunu vurğulayıb.

Digər tərəfdən, qlobal kommersiya emal olunmuş məhsul ehtiyatlarının da nəzərəçarpacaq dərəcədə azaldığı görünür. ABŞ və İsrailin İrana qarşı hücumlarından əvvəl 50 günlük tələbat səviyyəsində olan ehtiyatlar hazırda 45 günə qədər geriləyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
19
marja.az

10Mənbələr