AZ

Bayılda idarəetmədən çıxan avtomobil binanın həyətinə düşdü FOTO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza mayın 5-də səhər saatlarında “Jurnalistlər binası” ətrafında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Toyota” markalı avtomobil idarəetmədən çıxaraq yaşayış binasının həyətinə düşüb.

Xoşbəxtlikdən hadisə zamanı ərazidə insanlar olmayıb. Qəza nəticəsində nəqliyyat vasitəsinə ciddi ziyan dəyib və avtomobil yararsız vəziyyətə düşüb.

İlkin məlumata əsasən, sürücü yüngül bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
43
avtosfer.az

1Mənbələr