Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Azərbaycan, Mərkəzi Asiya ölkələri və Çinlə fəal beynəlxalq əməkdaşlıq sayəsində Orta Dəhliz artıq qlobal ticarətə real və rəqabətli alternativ kimi formalaşır.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Dəmir Yollarının təqdim etdiyi modernləşdirmə layihəsində bildirilib.
Qeyd olunub ki, Çin, Qazaxıstan və Azərbaycanla uğurlu danışıqların nəticəsində xidmətlər rəqəmsallaşdırılıb, sərhəd prosedurlarından keçmə müddəti 7,5 dəfə (15 saatdan 2 saata qədər) azaldılıb.
Sənəddə vurğulanıb ki, son qlobal hadisələr ənənəvi marşrutların zəifliyini və yeni etibarlı dəhlizlərə ehtiyacın olduğunu göstərib ki, bu da Orta Dəhlizə xüsusi önəm verib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.