AZ

Baş katib: Parlamentlərarası İttifaq Azərbaycan Ermənistan normallaşmasına töhfə verməkdən qürur duyur

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Parlamentlərarası İttifaq Azərbaycan və Ermənistan arasında münasibətlərin inkişafına töhfə verməkdən qürur duyur.

APA xəbər verir ki, bunu Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq Bakıda jurnalistlərə açıqlamasında deyib.

Baş katib bildirib ki, Azərbaycanla Ermənistan arasında ticarət və digər sahələrdə əməkdaşlığın bərpası müşahidə olunur. Eyni zamanda, Azərbaycan və Ermənistan parlamentləri arasında da əməkdaşlıq getdikcə genişlənir.

“Biz Azərbaycan və Ermənistan arasında baş verən inkişafları istisna hal kimi qiymətləndiririk və bunun təşviq olunmasının vacib olduğunu düşünürük. Çünki regiondakı digər ölkələr daha çox münaqişəyə sürükləndiyi halda, bu iki ölkə münaqişədən uzaqlaşaraq əks istiqamətdə irəliləyir. Bu isə əvvəl müşahidə etdiyimiz bir vəziyyət deyildi”, - Martin Çunqonq qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
apa.az

1Mənbələr