AZ

“Hörmüz boğazında yeni tənlik yaranır” - Qalibafdan ABŞ-yə XƏBƏRDARLIQ

İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf ABŞ-nin hərəkətlərinin Hörmüz boğazında gəmiçilik və enerji tranzitini təhlükə altına qoyduğunu bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə Qalibaf X-də paylaşımında məlumat yayıb.

O, qeyd edib ki, ABŞ və müttəfiqləri atəşkəsi pozmaq və blokada tətbiq etməklə gəmiçilik və enerji tranziti təhlükəsizliyini təhlükəyə atıblar.

Qalibaf strateji su yolunda "yeni bir tənliyin" formalaşdığını söyləyib:

"Biz yaxşı bilirik ki, status-kvonun davam etməsi Amerika üçün dözülməzdir, halbuki biz hələ başlamamışıq".

Aminə ŞAHSUVARQIZI

Seçilən
29
1
redaktor.az

2Mənbələr