AZ

Qızıl almaq istəyənlərə PİS XƏBƏR

Qlobal əmtəə bazarlarında qızıl bahalaşıb.

Qızılın COMEX-də iyun ayı üzrə fyuçersləri 0,33% və ya 15 dollar artaraq 4 548,30 ABŞ dollarına, spot qızıl isə 0,36% və ya 16,23 dollar bahalaşaraq 4 538,14 ABŞ dollarına yüksəlib. Platin isə 1,41% və ya 27,39 dollar artaraq 1 974,11 ABŞ dollarına çatıb. Gümüşün iyun fyuçersləri isə əksinə, 0,19% və ya 0,14 dollar azalaraq 73,39 ABŞ dollarına enib.

Analitiklər qızıl və platinin qiymət artımını risklər fonunda təhlükəsiz aktivlərə tələbin yüksəlməsi ilə, gümüşdəki azalmanı isə texniki korreksiya ilə izah edir.

 

Seçilən
0
16
7news.az

10Mənbələr