AZ

Azərbaycan öz siyasətini dəqiq diplomatik strategiya əsasında qurur

“Avropa Siyasi Birliyi Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevin videobağlantı formatında çıxışı müasir Azərbaycan diplomatiyasının çevikliyi və praqmatik yanaşmasının növbəti nümunəsi kimi qiymətləndirilə bilər”.

Publika.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Onun fikrincə, Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən bu tədbirdə iştirak forması belə, əslində, siyasi mesaj xarakteri daşıyır və regionda formalaşan yeni reallıqlar fonunda Azərbaycanın mövqeyinin aydın ifadəsinə xidmət edir. “Dövlət başçısının çıxışında vurğuladığı məqamlardan biri tədbirə qoşulma formatının əvvəlcədən razılaşdırılması idi. Bu fakt göstərir ki, Azərbaycan beynəlxalq platformalarda iştirakını təsadüfi deyil, dəqiq hesablanmış diplomatik strategiya əsasında qurur. Prezident İlham Əliyevin Avropa liderləri ilə əvvəlcədən apardığı müzakirələr, o cümlədən tədbirin Ermənistanda keçirilməsi ilə bağlı fikir mübadiləsi Azərbaycanın regionda baş verən proseslərə yalnız reaksiya verən deyil, həm də onları əvvəlcədən dəyərləndirən və mövqeyini formalaşdıran tərəf olduğunu nümayiş etdirir.”

Seçilən
0
5
publika.az

10Mənbələr