Azertag saytına istinadən ain.az xəbər verir.
Budapeşt, 5 may, AZƏRTAC
Macarıstanda “ekzotik” hesab edilən Qərbi Nil qızdırması halları qeydə alınmaqda davam edir və mütəxəssislər xəstəliyin bəzi hallarda ciddi fəsadlara, o cümlədən iflicə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.
AZƏRTAC-ın məlumatına görə, virus əsasən ağcaqanadlar vasitəsilə yayılır və artıq ölkə daxilində yoluxma halları təsdiqlənib. Əksər yoluxmuş şəxslərdə simptomlar ya müşahidə olunmur, ya da yüngül qripəbənzər şəkildə keçir. Bununla belə, yoluxanların 20–30 faizində xəstəlik ağırlaşaraq meningit və ya beyin iltihabı kimi təhlükəli vəziyyətlərə gətirib çıxara bilər.
Səhiyyə orqanları bildirir ki, risk xüsusilə yaşlılar və uşaqlar üçün daha yüksəkdir. Ağır hallarda ölüm riski də mövcuddur. Mütəxəssislər profilaktika məqsədilə vətəndaşlara açıq havada qoruyucu vasitələrdən istifadəni və ağcaqanad sancmalarından qorunmağı tövsiyə edirlər.
Vüqar Seyidov
AZƏRTACın xüsusi müxbiri
Budapeşt
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.