Azərbaycan hərbi qulluqçularının iştirakı ilə Türkiyədə keçirilən "EFES - 2026" çoxmillətli təliminin hazırlıq məşqləri davam edir.
Qaziler.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Beynəlxalq təlimin planına əsasən hərbi qulluqçular müxtəlif poliqonlarda artilleriya və minaatan qurğularından atış çalışmalarını praktiki olaraq icra ediblər.
"İcra olunan fəaliyyətlər təmsilçilərimiz tərəfindən yüksək peşəkarlıqla yerinə yetirilir", - məlumatda vurğulanıb.