AZ

İran limanında DƏHŞƏT! Gəmilər YANIR – FOTO

İranın Buşəhr əyalətində yerləşən Deyer limanında bir neçə gəmidə yanğın baş verib.

Bu barədə “Mehr” agentliyi məlumat yayıb.

İlkin məlumata görə, yanğın əvvəlcə iki barjada başlayıb və onlardan birini söndürmək artıq mümkün olub.

Lakin alov qısa müddətdə yaxınlıqdakı digər iki taxta barjaya da keçib. Hazırda yanğınsöndürənlər alovun digər gəmilərə yayılmasının qarşısını almağa çalışırlar.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur. Yanğının başvermə səbəbi hələlik məlum deyil.

Musavat.com

Seçilən
0
32
editor.az

10Mənbələr