AZ

İki manata olan diş məcunu üç manata...

ain.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün çox şeyin qiyməti  sürətlə bahalaşır. Axşam yatıb səhər oyanıb görüruk ki, dünənkinə nisbətinə  qiymət yenə artıb. Bu artımı bizim bir çox iqtisadçılar dünyada gedən proseslərlə əlaqələndirirlər.

Qoy olsun! Bununla hamı razılaşır. Amma camaat onunla razılaşmır ki, bir məhsulun qiyməti marketdə başqa qiymətə , digərində ondan fəqrli qiymətədir. Məsələn, əvvəllər  iki manatlıq  diş məcunları  indi üç manata satışa çıxarlır ." Ballı" marketdə  bu məhsul 3 manat 50 qəpiyə, " OBA" da isə üç manata satılır.

Bir çox market və mağazalar süni qiymət artımı yaradırlar. Bu da istər - istəməz alıcıların narazılığına səbəb olur. Süni qiymət arımı ilə bağlı  aidiyyəti qurumlar  hələ ki, ciddi bir addım ata bilmir.Və buna görə də satış mərkəzlərində qiymət artımı sabit qalmır və günbəgün yüksəlir.Təbii ki, əhali də  bundan  heç də razı qalmır!!!

Emil FAİQOĞLU 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
adalet.az

2Mənbələr