"Hörmüz boğazına nəzarət tamamilə İranın əlindədir və bu, silahlı qüvvələrimizin ABŞ-a açıq mesajıdır".
Publika.az xəbər verir ki, bunu İranın yüksək vəzifəli təhlükəsizlik və siyasi rəsmisi "Əl-Məyadin" qəzetinə açıqlamasında bildirib.
“Amerikalılara mesajımız budur ki, əgər irəli gəlsələr, hədəfə alınacaqlar. ABŞ-ın davam edən düşmən mövqeli addımları Hörmüz boğazının idarə olunması təcrübəsinin genişləndirilməsinə və oxşar hallara da tətbiqinə səbəb ola bilər”, - deyə o bildirib.