AZ

Qorxulu olan baş verdi! ABŞ qisas aldı və çoxsaylı ölümlərlə nəticələndi

Turkstan.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ-ın İran sahillərində mülki qayıqları hədəf aldığı hücumlar nəticəsində beş nəfərin öldüyü bildirilir. Hadisə bölgədə gərginliyi daha da artırıb.

Turkustan.az xəbər verir ki, İran dövlət televiziyası adı açıqlanmayan bir ordu komandirinə istinadən xəbər verib ki, ABŞ İranın mülki sürət qayıqlarına və yük gəmilərinə hücum edib. Məlumatda vurğulanır ki, hədəfə alınan altı sürət qayığı İran İnqilab Keşikçiləri Korpusuna deyil, mülki şəxslərə məxsus olub.

Yerli mənbələrin bildirdiyinə görə, ABŞ Omandan İrana yük daşıyan iki kiçik qayığı da hədəfə alıb. Hücum nəticəsində beş mülki şəxs həlak olub.

ABŞ prezidenti Donald Trampın ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin Fars körfəzində Hörmüz boğazından keçəcəyi ilə bağlı açıqlaması bölgədə gərginliyi artırıb. ABŞ-ın “Azadlıq Layihəsi” çərçivəsində atdığı bu addımdan sonra İran sərt xəbərdarlıqlar edib.

İran ordusu ABŞ qüvvələrinin Hörmüz boğazına daxil olacağı təqdirdə hədəfə alınacağını bəyan edib. Birləşmiş Komandanlığın rəhbəri Əli Əbdüllahi isə bölgənin təhlükəsizliyinin İranın nəzarəti altında olduğunu vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
icma.az

2Mənbələr