
“9 mayda Moskvada keçiriləcək Qələbə Günü paradında iştirak etməyəcəyəm”.
Missiya.Az xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso məlumat verib.
"Slovakiya xalqı adından minnətdarlığımı bildirmək üçün Qırmızı Ordunun naməlum əsgərinin məzarı önünə gül qoyacağam və Rusiya Prezidenti Vladimir Putinlə qısa görüşüm olacaq. Vəssalam”, - deyə siyasətçi vurğulayıb.
Fitso qeyd edib ki, hərbi paradda iştirak etməyəcəm və bu əvvəlki formatla eyni olacaq.
Daşqın HəsənovMissiya.Az