Hazırda 87 ölkəyə məxsus yük gəmiləri Hörmüz boğazından keçidi gözləyərək Fars körfəzində dayanıb. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper bildirib.
Onun sözlərinə görə, hazırda Fars körfəzində olan gəmilər dünyanın 87 ölkəsinin maraqlarını təmsil edir. Bu barədə bəyanat komandanlığın rəsmi saytında dərc olunub.
Admiral əlavə edib ki, son 24 saat ərzində komandanlıq onlarla gəmi sahibi və gəmiçilik şirkəti ilə əlaqə saxlayaraq onlara Hörmüz boğazından təhlükəsiz keçid təmin olunacağını bildirib.