Çərşənbə axşamı neft qiymətləri ABŞ-ın İranın Hörmüz boğazındakı nəzarətini yumşalda biləcəyi və bu marşrutdan tankerlərin keçidinin bərpasını asanlaşdıracağı gözləntiləri fonunda düşüb.
Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında iyul ayı üçün Brent markalı neftin fyuçersləri 1,21 dollar (1,06%) azalaraq bir barel üçün 113,23 dollara düşüb. Bazar ertəsi günü isə Brent markalı neftin qiyməti 6,27 dollar (5,8%) artaraq bir barel üçün 114,44 dollara çatıb.
Nyu-York Ticarət Birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyun fyuçerslərinin qiyməti 2,10 dollar (1,97%) azalaraq bir barel üçün 104,32 dollara düşüb. Əvvəlki sessiyada müqavilə 4,48 dollar (4,4%) artaraq bir barel üçün 106,42 dollara düşüb.