AZ

“Neftçi” Yevlax səfərində

Misli Premyer Liqasında XXX turun son oyunu bu gün keçiriləcək.
 
Moderator.az xəbər verir ki, günün yeganə qarşılaşmasında "Karvan-Yevlax" doğma meydanda "Neftçi"ni qəbul edəcək.
 
Yevlax şəhər stadionunda baş tutacaq matç saat 16:00-da start götürəcək.
 
Liqada qalmaq uğrunda mübarizə aparan Yevlax təmsilçisi 29 turdan sonra 14 xalla sonuncu - 12-ci pillədə qərarlaşıb. Avropada oynamaq şansını əlində saxlayan "Neftçi" klubu isə 47 xalla beşinci yerdədir.
 
Xatırladaq ki, daha əvvəl "Kəpəz" "Sumqayıt"ı (2:1), "İmişli" "Araz-Naxçıvan"ı (1:0), "Sabah" "Şamaxı"nı (3:0), "Zirə" "Qəbələ"ni (1:0), "Qarabağ" "Turan Tovuz"u "(2:1) məğlub edib.

Misli Premyer Liqası

XXX tur

5 may

16:00, "Karvan-Yevlax" - "Neftçi"

Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Kərim Zeynalov, Ruslan Quliyev;

VAR: Kamranbəy Rəhimov;

AVAR: Zeynal Zeynalov;

Hakim-inspektor: Munis Abdullayev;

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov;

Məkan: Yevlax şəhər stadionu.

Seçilən
21
13
moderator.az

10Mənbələr