AZ

İsrailli generaldan SENSASİON ETİRAF - Əsgərlərinə görün nə ƏMR ETDİ...

İsrail ordusunun general-mayoru Avi Blut İordan çayının qərb sahilində son 3 ildə 1500 fələstinlinin öldürüldüyünü açıqlayıb.

Musavat.com "Haberler.com" portalına istinadən xəbər verir ki, Blut daş atan fələstinlilərin də "terrorçu" hesab edildiyini və bu çərçivədə 2025-ci ildə 42 nəfərin öldürüldüyünü bildirib.

Atəş açma qaydalarını yumşaltdıqlarını qeyd edən komandanın bu sözləri böyük reaksiyaya səbəb olub. Fələstin tərəfinin məlumatları da bölgədə insan itkisinin kəskin artdığını təsdiqləyir.

"Haaretz" qəzetinin yaydığı məlumata görə, İsrail ordusunun Mərkəzi Komandanlığının rəhbəri Avi Blut qapalı iclasda çıxışı zamanı əməliyyatların şiddəti ilə bağlı şok açıqlamalar verib.

O, əsgərlərinə həbs zamanı fələstinliləri dizindən və ya dizdən aşağı vurmaq səlahiyyəti verdiyini etiraf edib.

İsrailin potensial hücumların qarşısını almağa çalışdığını müdafiə edən Blut, "Biri səni öldürməyə gəlirsə, əvvəl sən onu öldür" prinsipini rəhbər tutduqlarını vurğulayıb. O, həmçinin 2025-ci ildə daş atdığına görə 42 fələstinlinin öldürüldüyünü bildirib.

İordan çayının qərb sahilində və Şərqi Qüdsdə çalışan fələstinliləri "potansial terrorçu" adlandıran general, 4 mindən çox şəxsin inzibati qaydada həbsdə saxlanıldığını bildirib.

Fələstin mənbələrinin məlumatına görə, 2023-cü ilin oktyabrından bəri bölgədəki hücumlarda ən azı 1155 fələstinli həyatını itirib, 11 750-yə yaxın insan yaralanıb və 22 minə yaxın şəxs saxlanılıb.

Musavat.com

Seçilən
6
18
musavat.com

10Mənbələr