AZ

MPL: Neftçi Karvan Yevlax la qarşılaşır

Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu gün Misli Premyer Liqasında 30-cu tura tura yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, turun son oyun günündə bir qarşılaşma baş tutacaq.

"Neftçi" Yevlaxda "Karvan-Yevlax"ın qonağı olacaq. Qarşılaşma saat 16:00-da start götürəcək. Bakılılar yenidən 4-cü yerə yüksəlmək üçün autsayderlə görüşdən qalib gəlməlidir. Sonuncu pillədən qurtulmağa və beləliklə, pley-offda oynamağa can atan bölgə təmsilçisi isə asan təslim olmayacaq. Bu görüş Füzuli Məmmədovun sabiq komandası ilə dueli kimi də prinsipialdır.

Tərəflər arasında bu mövsümə təsadüf edən görüşlərin nəticələri də qarşılaşmanın asan keçməyəcəyinə işarədir. “Karvan-Yevlax” əvvəlki iki oyunda paytaxt təmsilçisinə qalib gələ bilməsə və “Neftçi” səfərdə xal itirməsə də, ilk dueldə qolsuz heç-heçə qeydə alınıb, ikinci dövrədə isə 2:1 hesabı qeydə alınıb.Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Sumqayıt"ı 2:1, "İmişli" "Araz-Naxçıvan"ı 1:0, "Sabah" "Şamaxı"nı 1:0, "Zirə" isə "Qəbələ"ni 1:0, "Qarabağ" isə "Turan Tovuz"u 2:1 hesabı ilə üstələyib. 

Misli Premyer Liqası

30-cu tur

5 may

“Karvan-Yevlax” – “Neftçi”

Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Kərim Zeynalov, Ruslan Quliyev.

VAR: Kamranbəy Rəhimov, Zeynal Zeynalov.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Yevlax şəhər stadionu, 16:00.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
fanat.az

2Mənbələr