AZ

“Asfalt yoxdur, marşrut da pis vəziyyətdədir“ Yol problemi sakinlərin kabusuna çevrilib VİDEO

Moderator.az saytından alınan məlumata görə, ain.az bildirir.

Abşeron rayonu, Saray qəsəbəsi, Ənvər Məmmədxanlı küçəsində yaşayan sakinlər yollarının bərbad vəziyyətdə olmasından şikayətlənirlər. Onlar iddia edirlər ki, bununla bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, onların şikayətlərinə baxan yoxdur. 20 ildən artıqdır ki, bu cür vəziyyət hökm sürür və ərazidə beş minə yaxın sakin yaşayır.

Sakinlər məsələ ilə bağlı şikayətlərini Baku TV-yə belə dilə gətiriblər:

"Bütün ucqar yerlərdə hamının yolu asfaltdır. Bizim yolumuz asfalt deyil. Yağış yağanda evlər suyun içində qalır".

"2005-ci ildən ev tikmişəm. Burada yaşayıram. Bu neçə ildir yaşadığım gündən bu günə qədər burada asfaltlama, yol işi görülməyib. Marşrut işləyir. Marşrut da çox-çox çətin vəziyyətdədir", - deyə digər sakin bildirib.

Saray qəsəbəsi bələdiyyəsindən isə bildirilib ki, Saray qəsəbəsində ümumilikdə 378 küçə mövcuddur. Qeyd olunan Ənvər Məmmədxanlı küçəsində də həm icra nümayəndəliyi, həm də qəsəbə bələdiyyəsi tərəfindən bu vaxta qədər abadlıq işləri görülüb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
2
moderator.az

10Mənbələr