“İrandakı müharibə davam edərsə, dünya enerji qiymətlərinin artmasına və təchizat çətinliklərinə hazırlaşmalıdır”.
Bakıvaxtı. az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib. O qeyd edib ki, hazırda Türkiyənin təchizat problemi yoxdur:
“Lakin Hörmüz boğazında baş verən hadisələr və BƏƏ-nin ötən ay OPEC-dən çıxması qeyri-müəyyənlik dövrünə səbəb ola bilər”.
Aydın