Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Qədim Misir piramidalarında aparılan qazıntılar zamanı arxeoloqlar zamanın donduğu anlardan birinə şahidlik ediblər. Min illər əvvəl firon məzarına qoyulan qida ilk günkü təravətini qoruyub saxlayıb.Demokrat.az xəbər verir ki, piramidaların dərinliklərində aparılan araşdırmalar zamanı arxeoloqları ən çox heyrətləndirən tapıntı qədim qablara doldurulmuş bal olub. Mütəxəssislər düz üç min il əvvəl məzara qoyulan balın hələ də xarab olmadığını, rəngini və formasını tam qoruduğunu müəyyən ediblər. Ən maraqlı məqam isə bu balın tərkibinin bu gün süfrələrimizdə istifadə etdiyimiz təbii ballarla tamamilə eyni olmasıdır.Alimlər balın min illərlə xarab olmadan qalmasını onun təbii quruluşu ilə izah edirlər. Balın tərkibində rütubətin çox aşağı, turşuluq dərəcəsinin isə yüksək olması burada bakteriya və mikroorqanizmlərin yaşamasını qeyri-mümkün edir. Qədim misirlilər bu təbii qorunma xüsusiyyətini bildikləri üçün fironları son mənzilə yola salarkən yanlarına heç vaxt xarab olmayan qida kimi bal qoyublar.Balın günümüzə qədər toxunulmaz qalmasına səbəb həm də saxlandığı qabların quruluşudur. Arxeoloqlar qədim saxsı qabların ağzının hava keçirməyən xüsusi qatranlarla möhürləndiyini aşkar ediblər. Beləliklə, bal oksigen və nəmdən tam qorunaraq günümüzə qədər gəlib çatıb.Yəni, balın tərkibindəki aşağı rütubət və yüksək turşuluq onun min illərlə xarab olmadan qalmasını təmin edir. Qədim Misir məzarlarından tapılan üç min illik balın hələ də istifadəyə yararlı olduğu bildirilir.İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.